» » Yeni müdirin teatrdakı islahatları - "Xalq artistlərini "köhnə mebel" kimi bayıra atırlar"


10-01-2019 | 13:30

  • 3 091

Yeni müdirin teatrdakı islahatları - "Xalq artistlərini "köhnə mebel" kimi bayıra atırlar"


"Teatrda 40-50-60 il çalışan aktyorları italyansayağı "köhnə mebel" kimi bayıra atırlar".


BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev sosial şəbəkə hesabında yazıb.

Sənətkar teatra yeni təyin olunmuş müdir Naidə İsmayılzadənin islahatlarını kəskin tənqid edib:



"Təzə müdir Naidə İsmayılzadə, GTT-da əmək məcəlləsində olan köhnə qərarlarla təzə islahatlara başlayıb. Kollektivin 90 illik yubiley sevincləri Yeni il ərəfəsində alt-üst oldu. Yaş senzi ilə bağlı (65 yaş) aktyorlara ərizə yazdırırlar. Bəs görəsən niyə ərizə maddəyə əsaslanaraq əmri ver, vəssəlam da? Məşhur komediyamızda olduğu kimi "Aç qapını,gəlib səni öldürək". Belə ki, bu teatrda 40-50-60 il çalışan aktyorları italyansayağı "köhnə mebel" kimi bayıra atırlar. Tamaşaçıların yaxşı tanıdığı Xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Lətifə Əliyeva, Yasin Qarayev, Əməkdar artistlər Atabala Səfərov, Rahib Əliyev və bir çoxları.

Bəs görəsən Rusiyada bizim kimi Stanislavski məktəbi ilə işləyən Etuş, Yuriski,Zaxarov, Şirvind və.s kimi 80-90-95 yaşlı teatr və kino xadimlərini nə əcəb saxlayıblar? ABŞ-da Tramp 70 yaşında prezident seçilə bilir, bizdə 70 yaşlı canı sulu aktyor öz sevimli peşəsində işləyə bilmir? Bəs birdən, lazım olarsa, tamaşa və kinoda 70-80 yaşlı nənə və babanı kimlər oynayacaqlar? Belə vəziyyətdə bu suala mən özüm də cavab tapa bilmirəm".

Məsələyə aydınlıq gətirmək üçün sözügedən teatla əlaqə saxladıq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov BAKU.WS-ə açıqlamasında yazılanların əsassız olduğunu dedi: 

"Qanun var. Hər bir idarədə, dövlət müəssisəsində Əmək Məcəlləsinə uyğun olaraq pensiya yaşına çatmış işçilərlə müqavilə imzalanır. Gənc Tamaşaçılar Teatrı da istisna deyil. Heç kim onları "köhnə mebel" kimi bayıra atmır. Onlar həmişəki kimi fəaliyyətlərini davam etdirəcəklər".

"Əgər hər şey qaydasındadırsa, Yasin Qarayev belə bir statusu niyə yazsın?" sualımıza isə B. Osmanov "Aktyorlar kövrək olur", - deyərək cavab verdi.

Hüseyn Məmmədsalahov
BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Nanə bu səbəbdən ailə qurmur - İLK DƏFƏ AÇIQLADI Nanə bu səbəbdən ailə qurmur - İLK DƏFƏ AÇIQLADI Şou-biznes Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial ARB-nin efirində gərgin anlar: Aparıcı ilə xanım müğənni arasında qalmaqal - VİDEO ARB-nin efirində gərgin anlar: Aparıcı ilə xanım müğənni arasında qalmaqal - VİDEO Şou-biznes / Video SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Narkotik becərilən istixana tapıldı – FOTO Narkotik becərilən istixana tapıldı – FOTO Kriminal “Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?” “Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?” Əsas Xəbər / Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video
Son əlavəПоследние публикации
Günün ulduz falı - 19 yanvar
19 yanvar 2019

Günün ulduz falı - 19 yanvar

592 Həyat tərzi
Azərbaycan neftinin son qiyməti
18 yanvar 2019

Azərbaycan neftinin son qiyməti

132 İqtisadiyyat
DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18 yanvar 2019

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

691 Əsas Xəbər / Sosial