VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Bu insanları heç anlaya bilmirəm. Niyə bu qədər aqressiv və kinlisiz?!"


BAKU.WS xəbər verir ki, bu sözləri həmkarı Murad İsmayılla ailə həyatı quran aktrisa Ülviyyə Xəlilbəyli İsmayıl sosial şəbəkə hesabında yazıb.

Buna səbəb isə cütlüyün ayrılacağına dair yayılan yalan şayiələr olub:

“Niyə ayrılacaqlar, boşanacaqlar kimi fikirlər yazırsız? Öncəgörənsiz? Bu qədər gələcəyi bilirsizsə gedin o bisavad başınıza bir çarə qılın. Allah ürəyinizə görə versin. Amin! Erməni səhifəsində məni pisləyəcək qədər axmaq qızlarımız var. Sizdən utanıram, öz səhifələrimizdə içinizin qurdlarını tökürsüz bəs eləmir? Heç olmasa düşmən profilində özünüzü sıxıb saxlayın da!”.

Xatırladaq ki, Muradla Ülviyyə ötən il dekabrın 3-də ailə həyatı qurublar. Cütlük "Vicdan haqqı" serialının çəkilişləri vaxtı tanış olub.

BAKU.WS