SİZİN REKLAM BURADA!
055 213 76 73



2011-ci ildə silahlı hücuma məruz qalaraq, başından güllələnən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses yenidən efirə qayıdacaq.


BAKU.WS xəbər verir ki, bu barədə İbo prodüser Polat Yağcının sosial şəbəkədəki paylaşımına cavab olaraq bildirib. O, vurğulayıb ki, “İbo SHOW” verilişini bərpa etmək istəyir.

“Kanallara səslənmək istəyirəm. “İbo SHOW” verilişini yenidən bərpa etmək istəyirəm”, - deyə İbrahim Tatlıses bildirib.

Qeyd edək ki, bir müddət əvvəl müğənninin prodüseri sosial şəbəkədə yazmışdı ki, İbo yenidən efirlərə qayıdacaq:

“Bu gün, ya sabah... Hərə müxtəlif söz danışırdı. İndi söz İmperatorundur! “İbo SHOW” yaxın vaxtlarda ekranlarda”, - deyə İbrahim Tatlıses bildirib.

Ziya SƏCCAD
BAKU.WS