SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bizdə filmdə, serialda aktyor olmağa çox asandır. Həyatı təhlükəsi olan çətin tryukları olan səhnələr yox, dağdan-bağdan atlanma yox, at surmək, güllə atmaq, döyüş səhnələri yox, dava-dalaş, söyüşmə, öpüşmə-qucaqlaşma, yataq-intim səhnələri yox, oxuyub-oynamaq yox".

BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa və aparıcı Könül Yusifqızı deyib.

O, cəmiyyətin filmlərə reaksiyasından şikayətlənib: "Bağdan danışmaq olmaz, mentalitetimiz var, ayıbdır. Dağdan danışmaq olmaz, inciyərlər, küsərlər. Daha nə qaldı? Qalır gülmək, onu da ürəkdən qəhqəhə çəkib gülə bilmirik. Xalq nə deyər. Qalır ağlamaq, çünki bunu bacarırıq. Yeganə ağlamağı və aqlatmağı ayıb bilmirik.

Sonra da bu rejisorları, senaristləri, aktyorları qınayırsınız. Bu binəvalar neyləsin?! Hər şeydən, hər kəsdən narazı, özündən müştəbeh camaatım mənim, sizin nəbzinizi tuta bilirik ki"?!

Zülfiyyə Qurbanova
BAKU.WS