VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Səhər-Səhər” verlişininin növbəti qonağı müğənni Türkan Vəlizadə olub.

İfaçı gözünün birinin güldüyünü, digərinin isə hər zaman ağladığını dilə gətirib:

“Bizim sənətimiz elə sənətdir ki, bir gözümüz gülür, biri isə ağlayır. Səhhətimlə əlaqəli əməliyyatlar keçirdim deyə, hələ indi-indi özümə gəlirəm. Mən dərdi ürəyimdə saxlayan adamam. Şükür ki, Allah elə böyük dərd verməyib. Ən böyük dərdim qəza keçirməyim idi. Gözəl, tərbiyəli ailəm var, işim, səhhətim yerindədir. Allahın bu günki gününə şükür olsun”.

Türkan ailə qurmaq istəyindən də söz açıb:

“Ailə qurmaq üçün normal, bizim sənətimizi başa düşən və ailəsini dolandıra bilən biri olmalıdır. Əgər elə bir insan çıxsa və desə ki, “Mən səninlə ailə qurmaq istəyirəm, ailəmi dolandırmağa hazıram amma sənətini at” mən 100 faiz, günü bu gün sənəti ataram. Gedib ailəmə baxaram. Çünki hər zaman istəmişəm ki, çox gözəl bir ailəm olsun”.

BAKU.WS