SİZİN REKLAM BURADA!
055 213 76 73



“Mədəniyyət Nazirliyinin xalq artisti Fəxrəddin Manafovla bağlı qərarı olacaq”.


BAKU.WS-in məlumatına görə, bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.

O bildirib ki, təmsil etdiyi teatr F.Manafovla bağlı Mədəniyyət Nazirliyindən tapşırıq alıb.

Direktorun sözlərinə görə, Rus Dram Teatrının rəhbərliyi verilən tapşırıqla əlaqədar artıq nazirliyə məruzə edib: 

“İndi nazirliyin öz qərarı olacaq. Bir şey deyə bilərəm ki, Fəxrəddin Manafovu narahat etmək, sənətkara toxunmaq lazım deyil. Bu söhbətlər onu əsəbləşdirir. Niyə biz onu əsəbləşdirməliyik? Onu əsəbləşdirmək olmaz. Vaxt keçməlidir, hər şey 2 dəqiqəyə həll olunmur”.

BAKU.WS