SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Öz evimizdir” verilişinin bu dəfəki buraxılışı mərhum sənətçi Rüfət Mehtiyevə həsr edilib.

Yaxın dostu, müğənni Elariz Məmmədoğlu onunla bağlı xatirələrini bölüşüb:

“Böyük qızımın toyu idi. Evdə dedilər ki, toyda Rüfət Mehtiyev oxusun. Zəng edib dedim ki, toyu sən aparacaqsan. Dedi, baş üstə. Mən halallıq güdən insanam. Toyun sonunda bütün musiqiçilərin haqqını verdim. Rüfətə çatanda pul götürmədi. Dedi ki, sənin qızın mənim də balamdır. Əlbəyaxa olduq, az qaldı dalaşaq. Hətta ağır sözlər də dedi mənə. Qapıdan çıxana kimi düşdüm arxasınca, qaçıb getdi”.

BAKU.WS