VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də müğənni Roza Zərgərlinin təqdimatında yayımlanan "Bakı vaxtı ilə" verilişinin budəfəki buraxılışı xanəndə, musiqiçi Vaqif Əsədovun həyat və yaradıcılığına həsr olunub.


BAKU.WS-in məlumatına görə, məlahətli səsi, qəlbləri ovsunlayan ifası ilə tamaşaçıların qəlbinə yol tapan xanəndə verilişdə sürprizlə qarşılaşıb.

Belə ki, proqramın əməkdaşları sənətkarın xəbəri olmadan onun evində apardıqları çəkilişi təqim ediblər.

Musiqiçi Vaqif Əsədovun evində 20-dən çox qarmon musiqi alətinin, eləcə də ud, saz, dəfin olması diqqət çəkən məqamlardan olub. 

Qeyd edək ki, "Bakı vaxtı ilə" verilişi hər həftənin 2-ci günü 00:00-da ATV kanalında yayımlanır. 

Hüseyn Məmmədsalahov
BAKU.WS