SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "Dəb mənəm" verilişində yarışmaçılar arasında gərgin anlar yaşanıb.

BAKU.WS-in məlumatına görə, Zalina Aysunun geyiminə münasibət bildirərkən onu "zövqsüz" adlandırıb:

"Əgər sən sevgilinlə bir film təqdimatına gedirsənsə, orada çox ledi kimi görünməlisən, çünki orada sevgilinin tanışları, dostları ola bilər. Mən belə viddə heç vaxt sevgilimin yanına getmərəm. Qıraqdan deməsinlər ki, bunun sevgilisinə bax. Bu, sənin zövqündür. Sən çox zövqsüz qadınsan".

Aysu isə Zarinaya belə cavab verib:

"Bura gözəllik yarışması deyil. Özünü gözəl hesab edirsənsə, bunu mən çıxanda demə. Başqalarına başqa cür danışırsan, mən çıxanda başqa cür".

BAKU.WS