VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türk telekanallarının izləmə rekoru qıran məşhur serialı "Çukur"un sevilən aktyorlarından Erkan Kolçakköstendil (Vartolu) Azərbaycana gəlir.


BAKU.WS xəbər verir ki, aktyorun baş rolda oynadığı “12 Numaralı Adam” (“12 nömrəli şəxs”) tamaşa oyunu 16 dekabr 2018-ci il 20:00 tarixində Nizami Kinoteatrında səhnələşdiriləcək. Məşhur aktyor tamaşa üçün Bakıya səfər edəcək.


Qeyd edək ki, 1983-cü ildə doğulan aktyor ilk dəfə TRT1 kanalında yayımlanan "Sakarya Fırat" serialındakı Mahmut Karakum rolu ilə tanındı.


Sonra isə "Çukur" serialında Vartolu obrazı ilə daha da məşhurlaşdı.


Cavid Babayev
BAKU.WS