VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin məşhur müğənnisi Ebru Gündeş ABŞ-a köçmək qərarına gəlib.


BAKU.WS-in Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının bu qərara gəlməsində əsas səbəbkar qızı Alara olub. Məlumata görə, o, həbsdə olan atası üçün çox darıxır və onunla görüşmək istəyir.

E. Gündeş Türkiyə şou-biznesini tərk etməyəcək və verəcəyi konsertlər üçün mütəmadi Türkiyədə olacaq.

Qeyd edək ki, R. Zərrab 2016-cı ilin martında ABŞ-da həbs olunub. O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq, maliyyə saxtakarlığı, dələduzluq maddələri ilə mühakimə olunur.

Hüseyn Məmmədsalahov
BAKU.WS