SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabrın 1-də Xalq artisti Aygün Kazımova "Elektra Events Hall"da "DUY" adlı möhtəşəm konsert proqramı ilə çıxış edib.


BAKU.WS-in məlumatına görə, səhnəyə ilk olaraq sosial şəbəkələrdə məşhur olan Rizvan Əliyev və Röya Miriyeva çıxıb və onlar gitara ilə Kazımovanın repertuarındakı mahnıları səsləndirib.

Daha sonra səhnəyə gürcü dicey Kahaber Tsiskaridze və rəhbərlik etdiyi “Khanums” qrupu çıxıb. Dicey qrupu ilə birlikdə maraqlı şou göstərib. O, mahnıları ilə yanaşı rəqsi ilə də qonaqları heyrətləndirib.


Pop-diva səhnəyə Ay və Günəş formasında olan dekorun arxasında səhnəyə gəlib. Kazımova ilk olaraq “Tı i ya” mahnısını səsləndirib. Daha sonra bir-birinin ardınca “Ya devoçka vastoçnaya”, “Karie qlaza” bəstələrini oxuyan müğənni bütün gecə canlı ifalar təqdim edib. A. Kazımova media işçiləri üçün isə "Coffee from Colombia" mahnısını səsləndirib.

Qısa fasilədən sonra Aygün "DUY" albomunda yer alan bütün mahnıları ard-arda müxtəlif səhnə şouları ilə sevənləri üçün ifa edib.


Aygün gecədə üç libas dəyişib. Müğənninin libaslarını bu dəfə də tanınmış modelyer Rüfət İsmayıl hazırlayıb.

Tamaşaçılarla sağollaşan Aygün bir neçə dəqiqədən sonra gözlənilmədən səhnəyə qayıdıb və bununla da sevənlərinə sürpriz edib. İlklər kraliçası yenidən dicey Vendettanın müşayiəti ilə "DUY" kompoziyasını ifa edib.

Onu da qeyd edək ki, konsert boyunca sənətçinin növbəti klipinin çəkilişləri də aparılıb.

Hüseyn Məmmədsalahov
BAKU.WS