VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün müğənnilərin əksəriyyəti Vergilər Nazirliyinə dəvət olunub.

BAKU.WS məlumat verir ki, müğənnilər vergiləri vaxtlı-vaxtında ödəmədiyi üçün nazirlik onları çağıraraq ayrı-ayrılıqda söhbət edib. Vergidən yayınan müğənnilər 10.000-30.000 manat məbləğində cərimə olunublar. Cərimə olunanlar arasında Ədalət Şükürov da olub. 
 
Ədalət Şükürov Gün.az-a açıqlamasında cəriməsinin məbləğinin az olduğunu bildirib:
 
"Hamımızı Vergilər Nazirliyinə çağırdılar. Oturduq, çay içdik, söhbət etdik, vəziyyəti başa saldılar. Bildirdilər ki, mən 10 ildir vergi ödəyirəm, ona görə də cəriməmin məbləği azdır. Müğənnilər var ki, ümumiyyətlə, vergi ödəməyib. 2005-ci ildən bu yana hər ilin sonu öz hesabatlarımı vermişəm”.
 
BAKU.WS-in məlumatına görə, Vergilər Nazirliyi tərəfindən 10, 20 hətta 30 min civarında cərimələnən müğənnilər olub. 
 
BAKU.WS