SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova “Əlbəttə” adlı
 mahnıya çəkilmiş yeni klipini təqdim edib.

BAKU.WS-in məlumatına görə, mahnının sözləri Azər Şirinə, musiqisi isə Kahaber Tsiskaridzeyə aiddir. 

Ekran işində Kazımovanın tərəf-müqabili kimi Tsiskaridzenin özü çıxış edib. O, Aygünün ifasının sədaları altında özünəməxsus rəqsi ilə seçilib. 

Rejissoru Nestan Sinijkaşvili olan klipdə sənətçinin obrazı üzərində məşhur gürcü stilist və dizayner Bessarion işləyib.

Qeyd edək ki, Nestan Sinijkaşvili bundan əvvəl də A.Kazımovanın “Sus” adlı mahnısını çəkib.

BAKU.WS