SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB-də yayımlanan "Könül yarası" serialının çəkiliş heyəti çətin anlar yaşayıb.


BAKU.WS xəbər verir ki, serialın çəkilişlərində aktyorlar Badamdar qəsəbəsi ərazisində uçurumdan yıxılmaq təhlükəsi ilə üzləşiblər.

Hava şəraitininin pis olması nəticəsində gərgin anlar yaşanıb. Çəkiliş heyəti və balaca aktrisa qız uçurumdan yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Serialın operatoru Seymur qorxu dolu anlar yaşadıqlarını bildirib:

"Hava çox soyuq və küləkli idi. Biz də uçurumda idik, intihar səhnəsini çəkirdik. Elə an yaşandı ki, az qala uçurumdan yıxılacaqdıq. Allaha şükür hər şey yaxşı qurtardı".

BAKU.WS