VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Niyaməddin Musayev müğənni, aktrisa Çimnaz Sultanovaya təriflər yağdırıb. 

BAKU.WS-in məlumatına görə, hər iki məşhur İTV-nin Qusar rayonunda baş tutan film çəkilişləri zamanı görüntülənib. 

Ç. Sultanovanı görən N. Musayev onun ifasını çox bəyəndiyini qeyd edib:

"Bir ifaçı kimi siz çox gözəl oxuyursunuz. İfa tərziniz də gözəldir, aktrisa kimi də baxımlısınız. Bu, həqiqətdir. Mən hər adamın haqqında durub nəyinsə xətrinə söz demirəm. Təbrik edirəm. Bu sənəti davam etdirin".

Ç. Sultanova isə öz növbəsində dəyərli sənətkara xoş sözlərinə görə təşəkkürünü bildirib.   

BAKU.WS