VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



ARB TV-nin “Öz evimizdir” verilişinin növbəti qonağı əməkdar artist Firuzə İbadova olub.

İfaçı, maraqlı söhbət əsnasında “Lalə qızlar ansambılı”na gəlişi ilə bağlı xatirələrini bölüşüb:

“Mən hələ uşaq xorunda oxuyurdum. Əfsər Cavanşirova deməmişdən öncə Nisə Qasımava, Ceyram müəlliməyə demişdi ki, mənim bir rəfiqəm var. Çox istəyirəm ki, o rəfiqəm bu ansambıla gəlsin. Və mən gəldim. Oxuyarkən başladım ağlamağa. Ceyram müəllimə soruşdu ki, niyə ağlayırsan? Dedim, utanıram. Solo ifaçı kimi 70-80 nəfər uşaqların qarşısında çıxış edirdim, utanmırdım. Amma burada...

Mən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının otqların birində məşq edirəm, Mayestro Niyazi, Ceyran Haşımova.. Aman Allah, mən burada oxuyuram. O zaman elə bilirdim qorxuram, amma o, mənim daxilimdəki abır-həyadan irəli gəlirdi ki, özünü yığışdır, yaxşı oxumalısan”.

BAKU.WS