SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur müğənnisi Murad Boz "O ses Türkiye" yarışmasının iştirakçısını Azərbaycandakı konsertinə dəvət edib.


BAKU.WS xəbər verir ki, "O ses Türkiye" müsabiqəsində yarışan əslən azərbaycanlı olan Funda adlı yarışmaçını öz komandasına qatmaq istəyən Murad Boz onu 21 dekabrda Bakı Konqres Mərkəzində keçiriləcək konsert proqramına da dəvət edib.

Murad Funda ilə konsertdə birgə duet etmək istədiyini bildirib:

"Əgər məni seçsən, Bakıda keçiriləcək konsertimdə səninlə birgə duet oxuyarıq".

Murad Bozun bütün səylərinə baxmayaraq, Funda anasının da istəyi ilə digər münsif Seda Sayanı seçib.

Qeyd edək ki, "TV 8" sahibi və yarışmanın aparıcısı Acun Ilıcalı da Murad Bozun Azərbaycanda keçiriləcək konsertidən danışıb.

BAKU.WS