SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı reper Jay Hun Türkiyədə "Aşk yakası" klipini ekranlaşdırıb.

BAKU.WS-in məlumatına görə, ekran işində qardaş ölkənin tanınmış aktyorları Ferdi Kurtuldu, Serxan Şengül yer alıblar.

"Aşk yakası"nın rejissoru Hüsamettin İstencidir.

Klip bir gün ərzində "Youtube" videohostinqində 20.000-dən çox baxış sayı toplayıb.

Türkiyənin bir çox məşhurları ekran işini şəxsi "Instagram" hesablarında paylaşıb Jay Hun-a dəstək olublar.

1 milyon izləyicisi olan dünyaca məşhur vayner Barbaros Dikmen də azərbaycanlı reperə dəstək olub və sosial şəbəkə hesabında "Aşk Yakası"ndan bir parça paylaşıb.

BAKU.WS