VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Niyam Salami olub.


Müğənni, qalmaqal yaşadığı həmkarı Ramal İsrafilovun efir vasitəsilə adının çəkilməsinə mədəni formada cavab verib:


“Onu mən də, hər kəs də tanıyır. Yəni kim kimdir, necə xasiyyəti var. Mən onda günah görmürəm ki... Mən insana cavabı üzbəüz deyirəm, efirlə yox. Efirlə deyən aciz və gücsüz adamlardır. Mənə kim nə demək istəyirsə, üzümə desin. Mən kasıb ailəsində böyümüşəm, bəli-xeyr görmüşəm, qapı döymüşəm. Ona görə də mən efirdə mədəniyyətsiz aqresiyyamı göstərmirəm. Kimsə qapısına it bağlıyır, it də hürür. Sən də ona qışqırmamalısan ki...”


Niyam Salami hətta qalmaqal böyüməsin deyə Ramal İsrafilovun atası ilə də danışıb:


“Atası ilə danışığım gizli söhbətdir. Çünki atası atadır, kişidir, oğuldur. O kişidən bir dənədir. Özü də bilir ki, onun atasından bir dənədir. Ramal mənə zəng edə bilər. Nömrəm “01” ilə başlayır. Kimin nə sözü varsa, zəng etsin cavabını verim”.


BAKU.WS