SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Pəncərə” proqramının budəfəki qonağı tanınmış rejissor və produsser Oqtay Əliyev olub.

Qadına şiddət mövzusundan danışan Oqtay Əliyev burada kişiləri daha günahkar hesab edib:

“Qadın döyüləndə 80 % günah kişidədir. Bu adam işləmirsə, əyyaşdırsa, qadın danışır. Bu da onu susdurmaq üçün keçir qamçıya. Bundan sonra çıxıb ictimailəşdirmək düzgün deyil. İndi kiminsə stəkanı qırılırsa, çıxıb deyir ki, stəkanım qırıldı. Qadın çıxıb efirdə deyir ki, həyat yoldaşınız sizə çəp baxdısa qapını çırpıb gedin. İndi bunu təbliğ edirlər. Əslində başqa şeyi təbliğ etməlidirlər”.

BAKU.WS