VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlarında dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, sənətkarın xatirəsi bu gün ATV-də yayımlanan "BizimləSən" verilişində də yad edilib.

Proqramda aparıcı Zaur Baxşəliyev Amaliya Pənahovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi haqda məlumatlı olduğunu qeyd edib:

"Xatirimdədir, "BizimləSən" verilişində Amaliya xanımla əlaqə saxlamağa çalışmışdıq. Əslində, mən onda onun xəstəliyini bilirdim. O, məndən çox xahiş etmişdi ki, Zaur, bu barədə qəti şəkildə danışılmasını istəmirəm. Dedi ki, saxlayın, gizlədin, heç kimə deməyin. Verilişdə biz onunla söhbət edəndə dedi ki, xırda bir şeydir, gedəcəyəm Almaniyaya müayinələrdən keçəcəyəm. Onkoloji xəstəliyi olduğunu söyləmişdi. Dedi ki, istəmirəm bu işıqlansın, kiminsə mənə rəhmi gəlsin".

Daha sonra Xalq artistinin "BizimləSən" verilişindəki son çıxışı yayımlanıb. 

Hüseyn Məmmədsalahov
BAKU.WS