SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir müddət əvvəl əməkdar artist Tünzalə Əliyevanın ATV-də yayımlanan "BizimləSən" verilişində mənzil krediti üçün xalqdan, eləcə də sənət dostlarından maddi dəstək istəməsi hələ də müzakirə olunmaqdadır.

BAKU.WS-in məlumatına görə, bütün deyilən mənfi fikirlərdən təngə gələn aparıcı Zaur Baxşəliyev növbəti dəfə sözügedən məsələ ilə bağlı açıqlama verib.

Aparıcı canlı efirdə aktrisa üçün keçirdiyi yardım aksiyasına "don" geyindirənlərə bunları deyib:

"Biz "Toppuş bacı"ya dəstək olanda buna çox donlar geyindirdilər. Ay Toppuşun villası var, evi var, nəyi var... Bunların heç biri olmaya-olmaya onun adına yazdılar. Hələ də səngimək bilmir. Anası da dünyasını dəyişdi, səngimək bilmir, əl çəkmirlər. Bilmirəm, bunun altında kim yatırsa, Allaha cavab verəcək. Biz buna qarışmırıq. Bu, birmənalı şəkildə".

Hüseyn Məmmədsalahov
BAKU.WS