SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin Heydər Əliyev Sarayında baş tutan konserti ötən həftənin əsas tədbirlərdən biri oldu. 


BAKU.WS-in məlumatına görə, gecədə daha bir yadda qalan məqam Ebru Gündeşin müğənni Elnur Hüseynov haqda söz açması olub.  

Belə ki, konsertində müğənni Aygün Şükürovanın ifasına yer ayıran türkiyəli müğənni “O ses Türkiye” yarışmasından tanıdığı Elnur Hüseynovdan da danışıb:

“Əyri oturub, düz danışmaq lazımdır. O, gəlmiş-keçmiş ən yaxşı səslərdəndir. İndi də çox yaxşı işlər gördüyünü eşidirəm. Gözəl işlərini görəcək, biz də hər zaman onun yanında olacağıq, bunu bilirsiniz”.

Qeyd edək ki, hazırda Türkiyədə yaşayan azərbaycanlı müğənni Elnur Hüseynov “O ses Türkiye” layihəsində müğənni Ebru Gündeşin komandasında yarışırdı.

Hüseyn Məmmədsalahov
BAKU.WS