SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, ötən gün "Youtube" videohostinqi Dj Roşkanın Sevinc-Sevil Səfərova bacıları ilə ərsyəyə gətirdiyi "Azəri Mashup 2"ni silmişdi.

BAKU.WS-in məlumatına görə, qısa vaxtdan sonra isə Sevil və Sevinc bacılarının İT xidməti silinən videonu yenidən qaytarıb. 

Klip yenidən 1 milyondan çox baxış sayı ilə trenddə 1-cidir.  

*** 30.10.2018, 22:07

"Youtube" videohostinqi Dj Roşkanın Sevinc-Sevil Səfərova bacıları ilə ərsyəyə gətirdiyi "Azəri Mashup 2"ni silib.

Bu halın hansı səbəbdən baş verməsini öyrənmək üçün Dj Roşka ilə əlaqə saxladıq.

Dj BAKU.WS-ə açıqlamasında bunun texniki problem olduğunu və klipin bir-iki günə bərpa olunacağını söylədi.

Xatırladaq ki, klip qısa müddət ərzində 1 milyondan çox baxış sayı toplamışdı.

"Azəri Mashup 2"də Elbrus və Fəqanın "Yaralım", Elton Hüseynləliyevin "Mənə bax", Aygün Kazımovanın "Orasına-burasına", Sevda Yəhyayevanın "Unut", Elçin Cəfərovun "Sənlə", Aygün Kazımova və Rəhim Rəhimlinin "Hər şey düzələr", İradə Mehrinin "Amma yenə də", Günay İbrahimlinin "Qətran", Nadir Qafarzadənin "Göndər" və Sevinc-Sevil Səfərovalarının "Səhv özündədir" mahnılarından istifadə olunmuşdu.

Hüseyn Məmmədsalahov
BAKU.WS