SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Bakıda 1 milyon TL–lik albomuna daxil olan mahnıları səsləndirəcək.

BAKU.WS-in məlumatına görə, layihə bir neçə gün sonra Türkiyə paylaşım platformalarında işıq üzü görəcək.

Sıla, Gökhan Tepe, Niran Ünsal, Ayla Çelik kimi məşhurlardan mahnı alaraq albomuna daxil edən Ebru Heydər Əliyev Sarayında bəstələri ilk dəfə ifa edəcək.

Bundan əlavə, Ebru konsertdə pərəstişkarlarına sürpriz edərək bir neçə Azərbaycan mahnısı da oxuyacaq.

Müğənni Bakıya 33 nəfərlik böyük bir komanda ilə gələcək.

Məlumat üçün bildirək ki, sənətçinin 3 noyabrdakı Bakı konsertinə 80 - 100 manatlıq biletlər artıq bitib. Hazırda satışda yalnız VİP biletlər var.

Qeyd edək ki, biletləri İticket.az saytından əldə edə bilərsiniz.

Konsertin informasiya dəstəkçisi BAKU.WS-dir. 

BAKU.WS