SİZİN REKLAM BURADA!
055 213 76 73



6 illik fasilədən sonra Azərbaycan yenidən "Uşaq Avroviziya" mahnı müsabiqəsinə qatılacaq. 

BAKU.WS-in İTV-dən aldığı məlumata görə, ölkəmizi yarışmada 12 yaşlı Fidan Hüseynova təmsil edəcək.

Fidanın yarışma zamanı səsləndirəcəyi mahnı və klipi artıq təqdim edilib. 

Təmsilçimiz müsabiqədə "I wanna be like you" adlı mahnı oxuyacaq. Bəstənin müəllifləri Aytən İsmixanova, Elvira Miçiyeva və İsa Məlikovdur. 

Qeyd edək ki, Fidanın adı Azərbaycanın “Qızıl kitabı”na düşüb.

BAKU.WS