SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Nahidə Orucova sponsor axtarır. 


BAKU.WS-in məlumatına görə, bu haqda aktrisa "Hər şey daxil" proqramında deyib. Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Orucovanın avtomobilini dəyişmək üçün kömək istədiyini söyləyib:

"Nahidə xanım, avtomobilini dəyişmək istəyir. Deyir ki, imkanım yoxdur, sponsor axtarıram. Bunu zarafatla demirəm, özü də təsdiqləyə bilər. Bəlkə kimsə və ya hansısa şirkət kömək etmək istəyər".

57 yaşlı aktrisa özü də Tolikin sözlərini təsdiqləyib: 

"Aktyorların maaşı imkan vermir buna. 10 il əvvəl güc-bəla ilə maşın aldım. İndi dəyişməyə ehtiyacım var. Arada vurmuşam, bəzi yerlərdə nasazlığı var. İmkanım da yoxdur yenisini almağa".

BAKU.WS