SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda ABŞ-da yaşayan azərbaycanlı model Ruslana Cavadova yeni şəkilləri ilə izləyicilərini sevindirib.

BAKU.WS-in məlumatına görə, Mayamidə istirahət edən model fotoqraf Olya Nelqaya poz verib.

Gözəlçənin paylaşımlarına izləyiciləri də biganə qalmayıb. Onlar onun ünvanına təriflər yağdırıblar.

Qeyd edək ki, Ruslana 2016-cı ildə "L'Officiel Awards"ın iki nominasiyası üzrə ("Ən yaxşı model" və "Ən yaxşı fəşn-bloqer") mükafatlandırılıb.

Cavadova həm də zinyət əşyalarının dizayneri kimi də çalışır. O, əvvəl İstanbulda, daha sonra Los-Ancelesdə təhsilini davam etdirib. Hazırda o, Amerikanın LACC kollecində təhsil alır.

BAKU.WS