SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ATV telekanalında yayımlanan "V element” verilişinin anonsu efirə çıxan kimi, rusdilli internet saytları "OĞLAN EVİ” filminin rejissorunun böyrəyini satmasından yazmağa başlayıblar. 

Anonsda rejissor aparıcının "Deyilənə görə, filmə görə evinizi satmısız” kəlməsinə zarafatyana "Böyrəyimi” cavabını verib. Bundan sonra "Azərbaycanlı rejissor film çəkmək üçün böyrəyini satıb” başlıqlı xəbər yerli KİV-ləri və MDB ölkələrinin xəbər saytlarını dolaşıb.

Anlaşılmazlığa səbəb verilişin anonsunda ötəri səslənmiş zarafatın ciddiyə alınması olub. 

"OĞLAN EVİ” filminin rejissoru məsələyə aydınlıq gətirib. «Məndən çox adam soruşur ki, filmin davamı olacaq, ya yox? İkinci böyrəyimi nəzərə alsaq, mütləq olacaq» deyərək, İ.Qasımov cavab verib.

Replikanın səsləndiyi anons: 

Verilişdən bir parça: