VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Almaz Ələsgərova nənə olub.

BAKU.WS-in məlumatına görə, müğənninin İsveçdə yaşayan qızı Mədinənin övladı dünyaya gəlib.

A. Ələsgərova sevincini saytımızla bölüşüb:

"Bu hissi yaşamağı bütün analarımıza arzu edirəm. Həmişə nənə olanlardan soruşurdum ki, o necə hissdir? İndi yaşadığım o hissləri çatdıra bilmirəm. Nəvəm ad günümdən iki gün sonra doğuldu. O da mənim kimi tərəzi bürcündəndir. Çox xoşbəxtəm".

Xatırladaq ki, oktyabrın 6-da Almaz Ələsgərovanın 52 yaşı tamam olmuşdu.

Hüseyn Məmmədsalahov
BAKU.WS