SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxan tənqidlərə məruz qalan arxiv fotosundan danışıb.

BAKU.WS xəbər verir ki, müğənni həmin fotonun 14 yaşında çəkildiyini yazıb:

“Bu keçmiş deyil, keçmiş başqa söz və mənadır. Başqa mövzudur, o heç! Amma gələcəyini görməyən birinə vurğulamaq istəyirəm, burada Röyanın 14 yaşı var. Yeganə fotodur, bunu da, Gəncədən tapdıq və özümüz paylaşdıq.

Çünki buradakı gözlərdə utanan və bir qız hekayəsi var. Hansı ki, siz onu yox, bax, mən Röyanı görmək istədiniz. Mən də qarşınızda böyüyüb, siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox, çətin çata”.

BAKU.WS