VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sentyabrın 30-da müğənni Günel Ələkbərova ad gününü və səhnə fəaliyyətinin 15 illiyini qeyd edib. 

BAKU.WS-in məlumatına görə, müğənni sənət dostlarını da başına yığıb özünə çal-çağırlı məclis keçirib. 

Şəhər restoranlarının birində baş tutan gecə maraqlı görüntülərə səhnə olub.

Əməkdar artist Mehriban Xanlarovanın şıdırığı rəqsi isə müzakirəsiz ötüşməyib. 

Müğənninin ad gününə həmçinin əməkdar artistlər Nüşabə Ələsgərli, Vasif Məhərrəmli, Səlim Abbasov, müğənnilər Manaf Ağayev, Aynur Dadaşova, Emil Bədəlov, Yaşar Yusub, Şəbnəm Qəhrəmanova, Talıb Tale, rəqqasə Renka, stilistlər Samiraldo, Rəşad Əliyev və başqaları qatılıblar.

Hüseyn Məmmədsalahov
BAKU.WS