VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sentyabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü açıq elan edib.

BAKU.WS xəbər verir ki, sənət ocağı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə tamaşaçıların görüşünə gəlib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bütün kollektivi yeni mövsümün açılışı münasibətilə təbrik edib, sənət ocağının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.


Sonra teatrın repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına verilib.

Təqdim olunan səhnə əsərində rolları əməkdar artistlər Almaz Ələsgərova (Cahan xala), Nərgiz Kərimova (Gülçöhrə), Əzizağa Əzizov (Soltan bəy), Əkbər Əlizadə (Süleyman), eləcə də aktyorlar Səmədzadə Xasıyev (Əsgər), Elxan İsmayılov (Vəli) və aktrisalar Ülviyyə Əliyeva (Telli), Mehriban Zalıyeva (Asya) ifa edirdilər. 

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı alqışlarla qarşılanıb.

Hüseyn Məmmədsalahov
BAKU.WS
Fotolar müəllifindir