SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "BizimləSən" verilişində mərhum reper Anar Nağılbazın xatirəsi yad edilib. 

BAKU.WS xəbər verir ki, verilişdə reperin valideynləri iştirak edib. 

A. Nağılbazın atası Rizvan Cəbiyev oğlu haqqında bunları danışıb:

"Vaxtı ikən onun qədrini bilmədim. Anar anadan olandan problemli uşaq idi. Onu qəfldən "sudoroqa" tuturdu, gözlər dirənirdi və həkimə çatdırmasaydın, ölməli idi. Anar həmişə istedadlı olub. O, 3 yaşından misralar yazırdı. 7 yaşında isə anasına bir bənd şeir yazmışdı. 12 yaşında onun artıq bitkin şeirləri var idi".

A. Nağılbazın anası Şərqiyyə Cəbiyeva isə oğlunun ölümündən bir gün qabaq ona dedikərini belə xatırlayıb:

"Ölümündən bir gün qabaq məni qucaqladı, çoxlu öpdü. Dedim, Anar, nə qədər öpürsən məni. Dedi ki, ana sabahdan sənin Anar adlı oğlun olmayacaq. Bilsəydim ki, Anar mənimlə vidalaşır, heç onu buraxmazdım".

Xatırladaq ki, reper Anar Nağılbaz bu ilin avqustunda dünyasını dəyişib. 

BAKU.WS


[media=https://www.youtube.com/watch?v=pqCZg1cRCxU&feature=youtu.be]