VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



"Bakı vaxtı ilə" verilişinin yeni mövsüm anonsu yayımlanıb.


BAKU.WS xəbər verir ki, veriliş sentyabr ayından ATV-də efirə gedəcək.

Tədbirlərin birində kameramıza tuş gələn verilişin müəllifi və aparıcısı, müğənni Roza Zərgərli məlumatı təsdiqləyib:

"Verilişim bu mövsüm sentyabrın 22-də saat 23:00-da start götürəcək. "Bakı vaxtı ilə" yenidən baxdıqca baxılan ATV-də yayımlanacaq. Bu dəfə də görkəmli sənətkarlar haqqında danışacağıq, amma bu mövsüm daha maraqlı olacaq. Verilişdə bir çox gizli məqamlar ortaya çıxacaq: dəyərli sənətkarların yolunu kəsənlər, onları səhnədən uzaqlaşdırmaq istəyənlər, mane olanlar və s. Hər kəsi "Bakı vaxtı ilə" verilişini izləməyə dəvət edirəm".

Qeyd edək ki, sözügedən veriliş ötən mövsüm "Lider TV"də yayımlanırdı.

Hüseyn Məmmədsalahov
BAKU.WS