SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir çox məşhur sənətçilərimiz gəlirlərini daşınmaz əmlaka yatırırlar. Onların bəziləri qapılarını həvəslə jurnalistlərə açaraq, dəbdəbəli evlərini də nümayiş etdirirlər.

BAKU.WS bu dəfə sizə 9 yerli məşhurumuzun dəbdəbəli evini təqdim edir:

Əməkdar artist Abbas Bağırov “Evdəkilərə salam” verilişinin çəkiliş heyətini Gəncədəki ata evində qonaq edib. Evində çəkilişləri sevməyən müğənni ilk dəfə lüks villasının qapısını çəkiliş üçün açıb.






Azərbaycanlı tanınmış müğənni Emin Ağalarov Rusiyanın “MUZ TV” kanalının əməkdaşlarına evinin qapılarını açıb. Müğənninin dəbdəbəli evi tamaşaçıları heyran qoyub.



Müğənni Aysel Əlizadə bir müddət əvvəl özünə yeni ev alıb. O, Novxanıda tikdirdiyi villada ilk dəfə olaraq "Evdəkilərə salam” verilişində göstərib.




Müğənnilər Musa Musayev və Təranə Qumral ARB-nin "Evgördü" verilişində tamaşaçılara nümayiş etdiblər. 




Müğənni Rəvan Qarayev bu yaxınlarda dəbdəbəli bağ evini ATV-nin "Bağ mövsümü" verilişində nümayiş etdirib. 



Müğənni Elçin Hüseynov “Evdəkilərə salam” verilişini evində qonaq edib. Onun göz oxşayan evi ən çox müzakirə olunan xəbərlərdən olub. 




ARB TV-nin "Evgördü" verilişi xalq artisti Məleykə Əsədovanın evində qonaq olub. 




Əməkdar artist Vasif Məhərrəmli "Evdəkilərə salam" verilişini Bakıda yox, Qazaxda yerləşən dəbdəbəli evində qonaq edib.


Müğənni Xatirə İslam isə yeni evinə bu ay köçüb.




Hüseyn Məmmədsalahov
BAKU.WS