SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa, aparıcı Ülviyyə Əliyeva yeni mövsümə hazırlaşır.

BAKU.WS-ə özəl açıqlama verən aktrisa yeniliklərindən danışıb:

"7 il apardığım "Zəhmətkeş ulduzlar" verilişini bağladıq. Yeni mövsümdə aktrisa Xuraman Əlizadə ilə bərabər ARB telekanalında "Hüseynova bacıları" adlı yeni veriliş aparacağam. Yeniliklərim bununla da bitmir. Sentyabrda tamaşaçılar məni "Ay yay yay" serialında da görəcəklər. Təbii ki, Azərbaycan Dövlət Musiqili Teatrında və Azərbaycan Dövlət Kukla Teatrında da bir-birindən fərqli obrazlarımla teatrsevərlərin qarşısına çıxacağam".

Hüseyn Məmmədsalahov
BAKU.WS