VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hind rəqslərinin mahir ifaçısı, rəqqasə Oksana Rəsulovanın sevənlərinə sürprizi var.


BAKU.WS xəbər verir ki, rəqqasə yeni filmə çəkilib.

Saytımıza özəl açıqlama verən O. Rəsulova bunları deyib:

"Yeni çəkildiyim "Qaragöz" filmi çox maraqlı komediyadır. Burada teatr aktrisası obrazını yaratmışam. Tərəf müqabillərimdən biri aktyor Elməddin Cəfərovdur. Elməddin çox xəsis bir aktyoru canlandırırdı, mənim üçün bir qəpik də xərcləmirdi. Onun kimi gözəl və pozitiv bir insanla bərabər filmə çəkilmək çox xoşdur. Bəzən film çəkilişlərində olur ki, aktyor və aktrisalara diqqətsiz yanaşırlar, amma bu kolletivdə belə bir şey görmədim. Ssenarini çox bəyənmişəm. Səhnələrimiz o qədər gülməli yazılıb ki, çəkiliş meydançasında özümüz qəhqəhə çəkə-çəkə oynayırdıq.

Mənə elə gəlir ki, çəkildiyim film bu ilin ən yaddqalan komediyalarından olacaq. Onu da qeyd edim ki, ekran işinin rejissoru Orxan Mərdan, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru isə Elman Əliyevdir".

Hüseyn Məmmədsalahov
BAKU.WS