SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənc müğənni Kamran Məmmədov ADA universitetinə qəbul olub.

BAKU.WS
xəbər verir ki, o, Beynəlxalq Münasibətlət fakültəsində ingilis dilində təhsil alacaq.

Kamran tanınmış xanəndə Eldəniz Məmmədovun oğludur. O, övladının yüksək nəticə göstərərək ölkənin sayılıb-seçilən universitetinə qəbul olması sevincini belə bölüşüb:
 
"Bu gün mənim ən xoşbəxt günlərimdən biridir. Oğlum Kamran ADA universitetinin Beynəlxalq Münasibətlət fakultəsinə qəbul oldu. Tələbə adı qazanan bütün abituriyentləri təbrik edirəm".

Kamran Məmmədov atasından fərqli olaraq rok, vokal və estrada janrında ifa edir. O, ötən il Rusiyada yeniyetmələr arasında “Vo ves qolos” mahnı müsabiqəsində iştirak edib.

Zülfiyyə Qurbanova
BAKU.WS