SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Aybəniz Haşımova mərhum atasını doğum günü münasibəti ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, əməkdar artistin təbriki izləyicilərini çox kövrəldib.

A. Haşımova atasının 1996-cı ildə çəkilən videosunu paylaşaraq, bu sözləri yazıb:

"Atanın, ananın və onu həsrətinin yaşı olmurmuş. Bu gün doğum günüdür axı. Təəssüf ki, onsuz. Baxıram, hey baxıram, ağarmış saçına, yorulmuş çiyinlərinə, bükülmüş belinə. İlahi, bir bədən nə qədər yük gəzdirə bilərmiş o kövrək çiyinlərdə, bir bədən nə qədər yük daşıyarmış və vaxtından öncə necə tez qocalarmış Atam kimi. Ömrünün tam 40 ilini dayanmadan çalışdı dövlətə. Eskavatorçu idi atam. Hər həftənin sonları gözləyirdik ki, Bərdədən və yaxud da hansı rayonda işə başlayıbsa, həftə sonu evə gələcək, biz də sevinərək qabağına qaçacayıq. Boyumuz çatmadığından ayaqlarından yapışaraq, qucaqlayıb "Atam gəlib" deyib tullanıb sevincimizdən düşəcəyiz. Sonralar Bakıda təhsil almağa gəldim deyə atam hər həftə yanıma gələrdi və tək yeməyim deyə, "dostlarını da götür gedək" deyib bizi aparırdı yeməkxanaya. Dostlarım onu çox sevirdi, xüsusin də Nuriyə Hüseynova və Pəri. O, kasıb canı ilə hər dəfə yanıma gələndə çıxardıb cibimə 50 rubl pul qoyardı. Mən də onun getməyini bilirdim. O saat uşaqları yanıma alıb axırıncı qəpiyimə qədər o pulu xərcləyib başına daş salardım. Gələn həftə yenə yanıma gələndə rəhmətlik nyankamız Tamilla xanım axırda dedi ki, ay Həsən kişi, bu qıza pul vermə, sən gedən kimi başına daş salır pulun. O da sakitcə üzümə baxıb hey gülümsəyib, "bala, niyə belə edirsən?" deyirdi.

Gecənin bu vaxtında, səni indi izləyirəm, ay ata. Ancaq bu dəfə çox fərqli bir yanaşma ilə, nə əlim çatır, nə ünüm yetir, nə səsim sənə çatır, nə səsini eşidirəm. Heç yuxularıma da artıq gəlmirsən, amma sən belə deyildin, belə deyildin. Sən çox vəfalı, ürəyi yanımcıl, heç kimin sözünü, qeybətini qırmayın, ağlayanda ağlayan, güləndə gülən, axırıncı tikəsini belə insanlarla bölən biri idin, ay atam. Getmisən! Hansı diyardasan görəsən? Ananımı, atanımı, yoxsa bacı-qardaşlarının ya da ki, heç tanımadıqlarının yanındasan? Yerin, yurdun istidimi? Sən istini çox sevərdin. Yeməyin, içməyin necədir? Səh hər şeyi yeməzdin, papa, xüsusən də sulu xörəyi heç sevməzdin. Kaş ki, heç yana getməyəydin, ay ata, hey yanımda qalardın. Getdin. Mən isə səni xatırlamaqdan başqa... Doğulduğun günün mübarəkmi, yoxsa..."

BAKU.WS