SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın ən məşhur fotoqrafı Orxan Aslanov dünyanın ən qorxulu yerlərindən biri - Norveçin Trolltunqa qayasını yaxından görüb.

BAKU.WS xəbər verir ki, fotoqraf hazırda Norveç səyahətinə davam edir.

O. Aslanov şəxsi "Instagram" hesabında Trolltunqa qayası haqqında bunları yazıb:

"Sözüm yoxdur! Arzum yerinə yetdi. Qayaya yaxınlaşdıqca ürəyim həyəcandan döyünürdü. Bu, həqiqətən də dünyanın bir möcüzəsidir və bunu canlı-canlı görmək lazımdır".

Hüseyn Məmmədsalahov
BAKU.WS