SİZİN REKLAM BURADA!
055 213 76 73



Atasının xatirəsini yad etmək istəyən aktrisa Mariya Şukşina ölümlə üz-üzə qalıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, günlərin bir günü aktrisa atasının xatirəsinə həsr olunan tədbirə qatılıb.

Mariya həmin günü hələ də dəhşətlə xatırlayır. Aktrisa şəxsi "Instagram" hesabında bunları qeyd edib:

"Məndən avtoqraf almaq istəyənlər üstümə hücum çəkdilər. Onlar istəmədən məni əzirdilər. Kişilər köynəklərini çıxardırdılar ki, təki onların bədənində imzamı çəkim. Boğulmağa başladım. Pankratov güclə məni onların əlindən aldı və avtomobilə əyləşdirdi. Bu vaxt isə insanlar avtomobili yırğalamağa başladılar. O hadisədən sonra məndə insan kütləsinə qarşı ömürlük qorxu yaranıb".

Qeyd edək ki, aktrisa Mariya Şukşinanın atası rejissor Vasili Şukşindir. 

BAKU.WS

Mariya Şukşina