SİZİN REKLAM BURADA!
055 213 76 73



Qarlı havada çimərlik geyimində fotosessiya etdirən aktrisa Leyla Hümbətova bu dəfə xəz geyinib dənizə girib.

BAKU.WS
xəbər verir ki, 30 yaşlı aktrisa "Lider Maqazin"ə açıqlamasında addımını belə əsaslandırıb:

"Qışda çimərlik geyimində qarın üstündə şəkillər çəkdirdiyim üçün çox tənqid olundum. Mən də küsüb uzaq bir dağın başına getdim. Orada bir ağac vardı. Ağaca çıxdım, düşmək istəyəndə çox pis yıxıldım. O ağacdan yıxılandan sonra çox dəyişmişəm. Qəribə yuxular görürəm, gözümə başqa şeylər görünür. Ağacın adı Namus ağacıdır. Ora qalxıb-düşmək çətindir. Ona çıxan mütləq yıxılır. yıxıldım, sonra ağlıma gəldi ki, bundan sonra çimərliyə kürklə gedəcəm. Belə..."

Zülfiyyə Qurbanova
BAKU.WS