SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur müğənnisi İrem Derici müğənni Aysun İsmayılovanın "Şərtim var" mahnısını yeni albomuna daxil edib. 

BAKU.WS xəbər verir ki, bu haqda mahnının bəstəkarı Zülfi Bədəlov məlumat verib.

Dericinin "Sabıka Kaybı" albomunda yer alan mahnı "Yazsın bana" adlanır. Mahnının tizeri artıq "Youtube"da yayımlanıb.  

Xatırladaq ki, Zülfi Bədəlov yerli ifaçılarımızdan xalq artisti Aygün Kazımova, müğənnilər Günay İbrahimli, Elnur Məmmədov, Zamiq, Rahidə Baxışova, Vüsal Hacıyev, Rəqsanə İsmayılova və başqaları üçün də mahnılar bəstələyib.


BAKU.WS


[media=https://www.youtube.com/watch?v=smzEtAhB1MM]