SİZİN REKLAM BURADA!
055 213 76 73



Rəqqasə Oksana Rəsulova haqqında yayılan söz-söhbətə birdəfəlik son qoyub.


BAKU.WS xəbər verir ki, məşhur rəqqasə şəxsi "Instagram" hesabında bunları yazıb:

"Salamlar əzizlərim.Müzakirələrə son qoymaq üçün ilk və son dəfə olaraq mətbuat nümayəndələri vasitəsilə geniş kütləyə, tamşaçılarıma, izləyəcilərimə açıqlama etmək istəyirəm:

"Aylardır haqqımda yazılan fikirləri sosial şəbəkələrdən izləyirəm. Səhhətimə zərər verməmək üçün bir müddət izləməməyi qərara aldım. Lakin görürəm ki, susduqca mövzu da çoxalır. Mən illərdir Azərbaycan səhnəsində çalışan, karyeramda uğurlarımı Hindistana qədər aparan bir qadınam. Çoxlarının dediyi kimi, həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq. Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün bir növ həyat dərsi oldu. Hazırda xoşbəxtəm, məni sevən, anlayan insanla artıq 1 ildir ki həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm. Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq. Məni sevənləri sevirəm, bilirəm ki, nəhayət həyatımda əldə etdiyim xoşbəxtliyə onlar ürəkdən sevinir. Qaldı ki, ana olmağımla bağlı xəbərlərə, bunun doğru olub-olmadığı zaman içində bilinəcək. Mənə şəxsi həyatla bağlı danışmağı qadağan ediblər, yaradıcılıqla bağlı kimə nə maraqlıdırsa, cavab verməyə hazıram"

Öpürəm sizləri! Hər kəsə uğurlu və sağlam həyat arzu edirəm♥️
Hər zaman dəstəyinə görə əzizim"

Qeyd edək ki, bir müddət əvvəl Oksana Rəsulovanın hamilə olması haqqında xəbərlər yayılmışdı. 

BAKU.WS