SİZİN REKLAM BURADA!
055 213 76 73



İlim-ilim itən müğənni Ayaz Qasımov tədbirlərin birində görüntülənib.

BAKU.WS xəbər verir ki, artıq çəkidən əziyyət çəkən ifaçı bir müddət əvvəl həkimlərin əlinə düşüb.

Ayaz Qasımov başına gələnləri ilk dəfə "Xəzər maqazin"ə danışıb:

"Artıq çəkimə görə müalicə alıram. Effektini verməyə başlayıb. Diyetoloquma təşəkkür edirəm. O, sağlamlığımla bağlı çox doğru qərar verdi və gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını 90 faiz aldı. Mədəmdəki xəstəlik də bir az irəliləmişdi. Qidalara indi də fikir verirəm. Qidama fikir verməsəm, daha da pis ola bilərəm. Qan təzyiqim var idi, o da qaydasına düşüb. Şirniyyat çox yeyirdim, onları da qida rasionumdan çıxartmışam. Əməliyyat olunmamaq üçün fikirlkəşdim ki, qidama fikir verim".

Sözügedən süjeti verilişin 34:17-37:55-ci dəqiqələrində izləyə bilərsiniz.

BAKU.WS