VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Roza Zərgərli oğlunun hərbi andiçmə mərasimində iştirak edib.

BAKU.WS xəbər verir ki, ifaçının övladlığa götürdüyü Corc Qafarov hərbi and içib.  

R.Zərgərli mərasimdə əskər anası kimi çıxış edib. O, təəssüratlarını belə bölüşüb: "Bu gün ilk dəfədir oğul anası kimi çıxış edirdim. "Əskər anası Roza Zərgərliyə söz verilir" deyiləndə, çox həyəcan keçirdim. Mənim nur üzlü balam bu qürur hissi üçün təşəkkür edirəm. Evimizə tez dön!"
 
Xatırladaq ki, hazırda Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Müğənninin əkiz övladı olub. Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib.

Övladlığa götürdüyü böyük qızı Natəvanın 26 yaşındadır. Onun 6 yaşında övladı var. Corc və Jerar Qafarovlar qardaşdırlar.

Zülfiyyə Qurbanova
BAKU.WS