SİZİN REKLAM BURADA!
055 213 76 73



Yay fəslinin gəlişi ilə azərbaycanlı məşhurlar istirahətə getməyə başlayıblar. 

BAKU.WS xəbər verir ki, müğənni Nura Suri də tətil etmək qərarına gəlib.  

O, bu dəfə Bakıdan kənaralaşaraq Gürcüstana üz tutub. Kiçik oğlu Davidlə istirahət edən sənətçi fotolarını "Instagram" səhifəsində paylaşıb. 

Fotolarla yanaşı müğənninin istirahət etdiyi ölkə haqqında yazdığı statusları da sizə təqdim edirik:

"Gürcülərin bir xüsusiyyəti də məni valeh etdi - dilinə, ölkəsinə, millətinə, tarixinə olan hörmət və sevgiləri. Burada heç bir yerdə rus dilində yazı görə bilmərsiniz. Gənclər ana dili və ingilis dilində danışırlar. Rus dili burada avtoritet hesab olunmur"

"Gürcüstan tarixi və təbiəti ilə zəngin bir ölkədir. Buranın dizaynerləri, rəssamları və musiqiçiləri də çoxdur. Hər zövqə uyğun restoranları, klubları, kafeləri var. Mütləq özünüz gəlin və şahid olun".

BAKU.WS