SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Həsənağa Abbasquliyevin ölüm xəbərinin 3 gün sonra yayılması məlum olub.

BAKU.WS xəbər verir ki, bu haqda əməkdar artistin oğlu Rza Abbasquliyev "CVN TV"yə danışıb.

Rza Abbasquliyev bunları bildirib:

"Bacım zəng edib dedi ki, atanın vəziyyəti yaxşı deyil. Tez onu "Semaşko"ya apardım. Gecə evdə yenə halı pisləşdi, təcili yardım gəldi. Həkimə dedi ki, "Bir şey vurun ki, gözümü bağlayıb yata bilim. Nə uzana bilirəm, nə yatabilirəm, özümü çox pis hiss edirəm". İynə vurdular. Namazımı qılıb gəldim və gördüm ki, yenə özünü narahat hiss edir. Dedi ki, "Ay Allah, bu nədir, gəl canımı al, dözə bilmirəm". Elə bunu deyəndən 30 dəqiqə sonra gördük ki, kişinin gözləri oturduğu yerdə getdi. Bir dəqiqənin içində kişi getdi"

BAKU.WS